Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus səfirin ölüm işində -YENİ TƏFƏRRÜATLAR
Rus səfirin ölüm işində -YENİ TƏFƏRRÜATLAR
06 May 2017 / 11:30 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4

Türkiyədə sui-qəsdə məruz qalan Rusiya səfiri Andrey Karlovun qatili ilə bağlı yeni detallar ortaya çıxıb. 

Qatil Mövlud Mərd Altıntaş sui-qəsd əmrini hadisədən 1 ay əvvəl beş ulduzlu oteldə görüşdüyü “çox sevdiyim qardaşım” dediyi şəxsdən alıb. Aparılan istintaqa görə, Altıntaş noyabr ayının axırlarında otaq yoldaşı olan şəxsdən geyinmək üçün kostyum istəyib. Otaq yoldaşının ondan nə üçün kostyum istəməsinin səbəbini soruşunca isə, Altıntaş çox sevdiyi qardaşı ilə görüşə geyinəcəyini qeyd edib.

Bu detalın üzərində Prokurorluq əməkdaşları Altıntaşın hara getdiyini araşdırıb. FETÖ-cu qatil həmin gün sifariş etdiyi taksiylə bir alış-veriş mərkəzinə gedib. Daha sonra isə o, Çankaya civarındakı beş ulduzlu oteldə olub. Otelin girdikdən sonra isə onun telefonun siqnalı kəsilib.

Telefon axşam saatlarında yenidən aktivləşib. Prokurorluq Altıntaşın oteldə olarkən telefonun siqnal verməsini əngəlləmək üçün batareyanı çıxartdığını  və həmin “sirli” görüşməni həyata keçirdiyini vurğulayır. Ancaq qatilin oteldə otaq sifariş etmədiyi anlaşılıb. Hazırda həmin tarixdə oteldə qonaq olanların siyahısı və kamera görüntüləri araşdırılır. Onun “abi” dediyi adamla otelin foyesində də görüşə biləcəyi iddiaların içində yer alıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə