Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tovuzda qəzada ölən polis məşhur həkimin oğlu imiş – YENİLƏNİB
Tovuzda qəzada ölən polis məşhur həkimin oğlu imiş – YENİLƏNİB
06 May 2017 / 13:46 / Baxış sayı: 1358
Font1 Font2 Font3 Font4

Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində “Porsche” markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı ölən şəxs məşhur həkimin oğludur. 

 

arxiv.bizimxeber.az-ın bakpost.az-a istinadən məlumatına görə, qəza nəticəsində ölən sürücü Zakir Qəhrəmanov “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

***

00:54

Tovuzda ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Porsche” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb.

 

Qəza nəticəsində avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Şakir oğlu Qəhrəmanov ölüb, sərnişinlər –  Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və  Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə