Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mahmudovun əmisi oğlunun bahalı maşını – FOTO
Mahmudovun əmisi oğlunun bahalı maşını – FOTO
06 May 2017 / 14:19 / Baxış sayı: 1538
Font1 Font2 Font3 Font4
Ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun adı “MTN işi”ndə bir çox epizodlarda hallanır.
“Qafqazinfo” xəbər verir ki, buna baxmayaq, V.Mahmudov istintaqa yalnız şahid qismində cəlb edilərək ifadəsi alınıb.  Sabiq nazir köməkçisi ümumi olaraq qanunsuz işlərin heç birindən məlumatı olmadığını deyib. General ELçin Quliyevin cinayət işində isə V.Mahmudov özü ilə bağlı şəxsi məlumatları da açıqlayıb.
V.Mahmudov deyib ki, 1996-cı ildə İqtisad Universitetinin İqtisadiyyatın İdarəedilməsi fakültəsini, 2003-cü ildə isə Polis Akademiyasını bitirib. 1998-2013-cü illərdə Daxili İşlər nazirliyində mühasib işləyib. 2013-cü ildə isə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında rəis müavini vəzifəsinə təyin olunub. Burada isə 2 il işləyə bilib. “MTN olayları”ndan sonra, 2015-ci ilin sonlarında vəzifəsindən çıxarılıb.
V.Mahmudov bildirib ki, onunla yanaşı, qardaşı Yaşar Mahmudov da təxminən eyni vaxtda MTN-nin Mühafizə Xidmətindəki bölmə rəisi vəzifəsindən kənarlaşdırılıb.
O sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqələrini təsdiqləyib. Qeyd edib ki, 1998-ci ildən eyni mobil nömrəni işlədir və 2011-ci ildən ağ rəngli 90 MM 009 dövlət nömrəli nişanlı “Nissan Patrol” markalı avtomobili idarə edir.
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə