Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranda məktəb, yoxsa tövlə? İcra başçısı və Hadı Rəcəbli narahat deyil
Lənkəranda məktəb, yoxsa tövlə? İcra başçısı və Hadı Rəcəbli narahat deyil
06 May 2017 / 14:39 / Baxış sayı: 1036
Font1 Font2 Font3 Font4

“Facebook” sosial şəbəkəsində Anar Qənbər adlı istifadəçi Lənkəranın Veravul kəndindəki 2 saylı orta məktəbin ürək parçalayan şəkillərini yayıb. 

Statusu olduğu kimi təqdim edirik!

“Bu nə Afrikanın geridə qalmış əyalətinin, nə də Suriyanın bombardmandan darmadağın olmuş bir tikilisidir! Bu heç tikili də deyil! Sökülüdür! Bu sökülü inkişaf etmiş Azərbaycanın güllü-çiçəkli Lənkəran rayonunun 56 həkimi, saysız-hesabsız müəllimi olan ziyalı Veravul kəndinin Əfqanıstan şəhidi Canəli Əkbərovun adına 2 saylı orta məktəbidir. Hansı ki, burada ibtidai siniflər təhsil alırlar…”

Anar Qəmbər daha sonra yazır ki, görkəmindən hər halı bəlli olduğundan məktəbin haqqında çox yazmayacaq:” Bərbaddır sadəcə! Məktəb deyil qəzalı, tam yararsız vəziyyətdədir. Sinif otaqlarının rütubətinin üfunəti çöldən hiss olunur… Burada təhsil alan uşaqlar gələcəkdə bu məktəbin hansı xatirələrindən, qayğısız günlərindən, sehirli, ülvi hislərindən danışacaqlar?! Hansı səbəb uşaqların arzularını, gələcəyini əllərindən almaq ixtiyarını sizə verir?! Axı deyirsiz hər yeri məktəblə təmin etməyə tam gücünüz yetir. Yoxsa ki, nəinki tələb, heç xahiş belə etməzdik. Ya bunu tamam ləğv edin, ya da yeni məktəb tikin!

Taleh Qarashov 1

Ən yoxsul kəndli belə hətta öz heyvanının təhlükəsizliyini təmin edərək tövləsini bu vəziyyətdə saxlamır!..”

PS. 1 saylı məktəb yeni inşa olunduqdan sonra bu məktəb üçün dəfələrlə müraciət, şikayət, fərdi yazılar və video çəkilişlər olunmasına baxmayaraq əhəmiyyət verən yoxdur. Məlumat üçün bildirək ki, deputat  Hadi Rəcəbli bu kənddə doğulub və sözügedən məktəbdə təhsil alıb.

Görəsən, Lənkəranın icra başçısı Taleh Qaraşov bü qəzalı məktəbin müəyyən qədər təmiri, ümumiyyətlə vəziyyəti ilə maraqlnıbmı? Təhsil naziri Mikayil Cabbarov bu məktəbdəki vəziyyəti heç olmasa qismən aradan qaldırması üçün heç düşünürmü?

AnaeHadı Rəcəbli üçün bu məktəbin qismən təmini o qədərmi çətindir? Ən azı bu məktəbi ağartmaq olardı. Demək ki, nə icra başçısı Taleh Qaraşova, nə də deputat Hadı Rəcəbliyə bu məktəbdəki acınacaqlı vəziyyətin aradan qaldırılması maraqlı deyil. Əgər maraqlı olsaydılar bu məktəb bu vəziyyətdə olmazdı.

Bu bir içtimai qınaq mövzusudur. Bildiyimiz kimi, ölkə prezidenti İlham Əliyev ölkədəki bütün qəzalı məktəblərin yenidən və yüksək səviyyədə tikilməsi üçün göstərişlər verir. Təbii ki bu məktəblə bağlı da nə zamansa götəriş olacaq. Amma ona qədər rayon rəhbərliyi bu məktəbi tamam dağılmağa imkan verməməlidir. Amma şəkillərdən də görünür ki bu heç də belə deyil.

Bir sözlə, bu məktəbdən çox tövləyə oxşayır. Bəlkə də heç olmaşır.

arxiv.bizimxeber.az

Фото Anar Ganbar.

Фото Anar Ganbar.
Фото Anar Ganbar.
Фото Anar Ganbar.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə