Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Salyanda ağır qəza: AİLƏDƏN 5 YARALI-FOTO
Salyanda ağır qəza: AİLƏDƏN 5 YARALI-FOTO
07 May 2017 / 10:59 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

Ötən gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində baş vermiş qəza nəticəsində xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənlərin sayı beş nəfərdir.

Virtualaz.org saytının Şirvan bürosu dəqiqləşdirib ki, xəstəxanaya yerləşdirilənlər Xaçmaz rayonu, Xudat qəsəbə sakini, 55 yaşlı Ağayev Bahadır Hacıbaba oğlu və onun həyat yoldaşı, 44 yaşlı Yelena Ağayeva, əkiz qızları -11 yaşlı Gülsarə və Sədəxanım, eləcə də 17 yaşlı qızları Oksana Ağayevalardır.

Şahidlər onların ağır qəza nəticəsində tamamilə deformasiyaya uğramış “Opel”dən az ağır və yüngül xəsarətlərlə çıxmalarını möcüzə adlandırırlar.

Ailənin bu gün ambulator müalicə üçün yaşadıqları Xaşmaz rayonuna yola salınacağı gözlənilir.

*   *   *20:01

Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində ata və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Yenikənd kəndində yolun kənarındakı bazardan pomidor almaq üçün dayanmış “Mercedes” markalı minik maşınına cənub istiqamətində  hərəkət edən yük daşıyan TIR çırpılaraq onu yoldan aşağı atıb.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü, 55 yaşlı Xaçmaz rayonu, Xudat qəsəbə sakini Ağayev Bahadır Hacıbaba oğlu və onun 11 yaşlı qızı Gülsarə Ağayeva xəsarət aldıqları üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə