Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransadakı prezident seçkiləri- YENƏ DƏ RUSİYANIN BARMAĞI
Fransadakı prezident seçkiləri- YENƏ DƏ RUSİYANIN BARMAĞI
07 May 2017 / 14:55 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

WikiLeaks təşkilatı bəyan edib ki, Fransada prezidentliyə namizəd Emmanuel Makronun seçki ştabının yazışmalarında olan məlumat sızma araşdırmalarında 9 dəfə rus kompaniyasının nümayəndəsinin adı keçir. 

«#MacronLeaks( heşteq, Makron komandasının yazışmalarından sızanlar-red.) : Rusiyanın podratçı şirkəti olan “Evrika”nın əməkdaşının adı 9 dəfə  xls_cendric.rar arxivində keçir”,-təşkilat öz  Twitterdəki mikrobloqunda yazıb.

“Bizimxeber” məlumat verir ki, WikiLeaks-da yayımlanan materialların arasında tarixlər yazılmış cədvəl şəkli də yer alır.

Orada əsas fiqur olaraq Qeorqiy Petroviç Roşka görünür.

 

 

Wikileaks məhz “Evrika” kompaniyası olaraq hansı kompaniyanın nəzərdə tutulduğunu dəqqiləşdirmir. Lakin Wikileaks diqqətə çatdırır ki, ” dövlət sirrini qorumaq üçün FTB-dən lisensiya almış şirkət Rusiya KİV-dən məlumat alan” kompaniyadan söz gedir.
Rusiyada İT sahəsində “Evrika” adlı bir kompaniyanın rəsmi saytında daimi müştəri olaraq Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi , Səhiyyə Nazirliyi , Federal Təhlükəsizlik Bürosu, Mərkəzi Büro, Rusiya Federasiyasının Təqaüd Fondu və Rusiya Federasiyasının Hesablama Palatası qeyd olunur.
“Evrika” kompaniyası isə hələ də susur.
Daha əvvəl isə Fransa prezidentliyinə namizəd , “İrəli ” hərəkatının lideri və eks iqtisadiyyat naziri Emmanuel Makron şəxsi elektron poçtuna edilən haker hücumundan sonra daimi olaraq məlumat sızıntısı baş verir.
Baş verən hadisə barədə isə Monde nəşri Rusiyanın insidentlə bağlılığının olmasını demək üçün heç bir sübut olmadığını bəyan etmişdi.
“Kiberhücumla bağlı məsuliyyəti kiminsə üzərinə qoymaq üçün çox ciddi araşdırma və kompleks prosedur tələb edir. Bu isə bir həftəyə başa gələn deyil”,-qəzet yazırdı.
Bu gün Fransada prezident seçkilərinin  ikinci turu keçirilir. Prezident kreslosu uğrunda mübarizə “İrəli”hərəkatının lideri,keçmiş iqtisadiyyat naziri  Emmanuel Makron və “Milli cəbhə” partiyasının namizədi Mari Le Penin arasında gedir.
Jalə
arxiv.bizimxeber.az

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə