“Bizimxeber” xəbər verir ki, hadisə çoxmərtəbəli binanın 1-ci mərtəbəsində baş verib. 7-10 yaşlı iki oğlan yuxarımərtəbəyə qalxmaq üçün liftin düyməsini sıxıb və az sonra qapı açılıb. Uşaqlar dərhal irəli doğru addım atıblar və dərinliyi 2-3 metr olan şaxtaya yıxılıblar.

Uşaqların şaxtaya düşməsindən xəbər tutan sakinlər liftin yuxarı mərtəbədə qalmasına çalışıblar və xilasedicilərə müraciət ediblər. Sonradan məlum olub ki, lift üst mərtəbədə ilişib və hərəkətsiz vəziyyətdə qalıb. Xilasedicilər azyaşlıları çıxararaq təcili tibbi yardıma təhvil verib və onların ciddi xəsarət almadığı məlum olub. Valideynlər isə bu hadisənin yuxarı mərtəbədə baş verməsi halında böyük faciənin yaşana biləcəyini deyiblər.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas edərək aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 15:26-da başa çatıb.

arxiv.bizimxeber.az