Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda binanın liftində ölüm qorxusu: uşaqlar vahimə yaşadı – YENİLƏNİB
Bakıda binanın liftində ölüm qorxusu: uşaqlar vahimə yaşadı – YENİLƏNİB
07 May 2017 / 12:16 / Baxış sayı: 210
Font1 Font2 Font3 Font4

Dünən Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlının liftin şaxtasına düşməsi hadisəsinin təfərrüatları məlum olub.

Hadisə çoxmərtəbəli binanın 1-ci mərtəbəsində baş verib. 7-10 yaşlı iki oğlan yuxarımərtəbəyə qalxmaq üçün liftin düyməsini sıxıb və az sonra qapı açılıb. Uşaqlar dərhal irəli doğru addım atıblar və dərinliyi 2-3 metr olan şaxtaya yıxılıblar.

Uşaqların şaxtaya düşməsindən xəbər tutan sakinlər liftin yuxarı mərtəbədə qalmasına çalışıblar və xilasedicilərə müraciət ediblər. Sonradan məlum olub ki, lift üst mərtəbədə ilişib və hərəkətsiz vəziyyətdə qalıb. Xilasedicilər azyaşlıları çıxararaq təcili tibbi yardıma təhvil verib və onların ciddi xəsarət almadığı məlum olub. Valideynlər isə bu hadisənin yuxarı mərtəbədə baş verməsi halında böyük faciənin yaşana biləcəyini deyiblər.

17:33

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda iki azyaşlının liftin şaxtasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas edərək aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 15:26-da başa çatıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə