Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Villa yanıb kül oldu – YENİLƏNİB
Villa yanıb kül oldu – YENİLƏNİB
07 May 2017 / 12:42 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Bu gecə Bakıda baş vermiş yanğınla bağlı bəzi məqamlar aydınlaşıb. Saat 3 radələrində Yeni Ramana qəsəbəsində Abdullayev Zakir Məhəmməd oğluna məxsus villanın yandığını görən sakinlər yanğınsöndürmə briqadası çağırıb.

Hadisə vaxtı evdə kimsə olmadığından yanğın xeyli yayılıbmış və 370 kvadrat metr ərazisi olan evin mansardı və ikinci mərtəbəsi tamamilə yanaraq kül olub. Yanğının hansı səbəbdən baş  verməsi hələlik məlum deyil, araşdırma aparılır.

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə