Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda terror aktlarına cəhd
Bakıda terror aktlarına cəhd
07 May 2017 / 21:15 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4

Ermənistanın Azərbaycanın bəzi mülki şəxslərini və hərbçilərini ələ almaqla, ölkədə terror aktları təşkil etməsi barədə informasiya, həmin ölkənin dövlət terrorizmi siyasəti yeritdiyini bir daha təsdiq edir.

Bunu virtualaz.org-a hüquq elmləri doktoru, professor, təhlükəsizlik üzrə ekspert, BDU-nun kriminalistika kafedrasının müdiri Kamil Səlimov deyib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib.

Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Bəyanatda, həmçinin vurğulanır ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Kamil Səlimov hesab edir ki, bu hadisələrin Bakıda İslam Həmrəyliyi Oyunları ərəfəsində baş verməsi təsadüfi deyil. “Azərbaycanın sülhməramlı rolu, Bakıda keçirilən genişmiqyaslı beynəlxalq tədbirlər – bütün bunlar Ermənistanı qıcıqlandırır və məhz bu səbəbdən də terror aktları planlaşdırılıb. Bu sahədə Ermənistanın və himayəçilərinin zəngin təcrübəsi var. 1994-cü ildə Bakı metrosundakı terror aktlarını xatırlamaq kifayətdir”, – deyə ekspert qeyd edib.

Bəs Azərbaycan vətəndaşları necə ələ alınıb və əməkdaşlığa cəlb olunublar? Bu suala cavab verərkən Kamil Səlimov vurğulayıb ki, bu o qədər də əhəmiyyətli deyil.

“Ən əhəmiyyətlisi odur ki, Dövlət Təhlükəsizliyi Xidməti satqınları ifşa etdi. Ötən əsrin 90-cı illərində biz əraziləri xəyanətə görə itirirdik. Və budur, indi də ələ alınmış və düşmənlə əməkdaşlığa cəlb edilmiş Azərbaycan hərbçiləri haqqında məlumat yayılır. Amma, təkrarlanacağam, əsas odur ki, Azərbaycanın DTX-sı ayıq-sayıqdır. Baş verənləri, bir növ hətta profilaktika da adlandırmaq olar. Cəzanın qabağıalınmazlığını nəzərə alaraq, gələcəkdə çox az adam düşmən xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək istəyəcək”, – deyə K.Səlimov sonda vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə