Qəhrəman Ağayev “Bu insan sümükləri ermənilərin törətdiyi qətliamda öldürdüyü dinc insanların sümükləri ola bilərmi? Yerli sakinlər bunun ermənilərin qətlə yetirdiyi insanların sümükləri olduğunu ehtimal edir, bu mümkündürmü?” – sualına cavabında da sümüklərə baxmadan nəsə deməyin mümkün olmadığını söyləyərək “ola bilər” – deyib. O, bunun üçün Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna təcili olaraq müraciət eləməyi tövsiyə edib.

Qeyd edək ki, Xaçmaz rayonunda dəniz kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.

***

20.28

Xaçmaz rayonunda dəniz kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.

“Qaynar” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kiçik Baraxum kəndində qeydə alınıb.

Belə ki, kənddən 1 kilometr məsafədəki qumluq sahədə, Xəzər dənizinə yaxın ərazidə beş nəfərin sümükləri aşkarlanıb.

arxiv.bizimxeber.az