Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AzETA Bakıda beynəlxalq konfrans keçirdi
AzETA Bakıda beynəlxalq konfrans keçirdi
08 May 2017 / 10:51 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4

200 nəfərə yaxın yerli və xarici nümayəndənin iştirak etdiyi beynəlxalq konfransda AzETA – nın təsis olunmasının 20 illik yubileyi də qeyd olundu. 

Azərbaycan İngilis Dili Müəllimləri Birliyi (AzETA) 6 – 7 may 2017 – ci il tarixlərində Bakıdakı Avropa Azərbaycan Məktəbində “21-ci əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləri” mövzusunda beynəlxalq konfrans keçirdi. Təşkilatın 12 – ci konfransı kimi reallaşan tədbirdə Amerika Birləşmiş Ştatlarından, Böyük Britaniyadan, Gürcüstandan, Yaponiyadan, Özbəkistandan, Türkiyədən təhsil mütəxəssisləri iştirak edirdilər.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, konfransın açılış mərasimində ABŞ və Türkiyənin Azərbaycandakı səfirliklərinin,  British Council təşkilatının, Təhsil Nazirliyinin, Avropa – Azərbaycan Məktəbinin, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin nümayəndələri çıxış edərək mühüm əhəmiyyətli tədbirin işinə uğurlar dilədilər, onun yüksək səviyyədə keçəcəyinə ümidvar olduqlarını dilə gətirdilər. AzETA-nın prezidenti Rəqsanə Məmmədovanın açılış nitqindən sonra konfrans öz işinə başladı.

Konfransın gedişində Türkiyədən olan təhsil mütəxəssisi doktor Erdem Söyləməz “21 – ci əsr şagirdinin təhsilində müəllimin rolu”, Böyük Britaniyadan olan ingilis dili mütəxəssisi Les Kirkham “İngilis dilinin tədrisində fənlərarası inteqrasiya fonunda 21 – ci əsr şagirdi” mövzusunda məruzə oxudular. Konfransın bölmə iclaslarında isə Azərbaycanın müxtəlif regionlarından və Bakıdan olan müəllimlərdən – Gülnar Hüseynova, Gülnaz Hacıyeva, Hicran Hüseynova, Cəmilə Əliyeva, Xuraman Səfərova, Kəmalə Nəsirova, Leyla Əzimova, Nailə Lətifova, Nərmin Qasımova, Reyhanə Tağıyeva, Ruhiyə Mahmudova, Səkinə Abbasova, Südabə Sadıqova, Tofiqə Məmmədova, Rəqsanə Məhərrəmova, Ülviyyə Bəhramova, Xumar Qurbanova, eləcə də AzETA – nın prezidenti Rəqsanə Məmmədova, Türkiyəli təhsil eksperti Erdem Söylemez, Özbəkistanlı təhsil mütəxəssisi Firuzə Rəşidova, Qori Dövlət Universitetindən Babuliya Kençuaşvili, Ankara Sosial Bilimlər Universitetindən Kaveh Cəlilzadeh, Reza Vahdani, Böyük Britaniyadan olan təhsil mütəxəssisi Les Kirkham, Gürcüstanlı təhsil mütəxəssisi Marine Çalauri, ABŞ səfirliyinin nümayəndəsi Mari Katerine Boehmer, Yaponiyanın Soka Universitetindən Miyako Takatamanın maraqlı təqdimatları izlənildi. Müasir tədrisin problemlərinə, müəllim – şagird münasibətlərinin müasirlik aspektindən təhlilinə, hiperaktiv uşaqlarla işin təşkilinə, müasir müəllimin əsas funksiyalarına, PİSA- da funksional savadlılığın istiqamətlərinə, fəal təlim metodlarının tədrisdə tətbiqi imkanlarına, tədrisdə sosial servislərdən istifadə yollarına və digər mühüm mövzulara həsr olunan təqdimatlar iştirakçıların böyük marağına səbəb oldu.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi, ABŞ səfirliyi, Azərbaycan Müəllim İnkişaf Mərkəzi, British Council və Azərbaycan Təhsil Nazirliyi beynəlxalq konfransın keçirilməsinə təşkilatı dəstək veriblər.

Məlumat üçün onu da bildirək ki, AzETA 1996-cı ildə təsis edilib və rəsmi qeydiyyatdan keçib. Təşkilatın baş ofisi  Bakı Slavyan Universitetində yerləşir.

AzETA-nın Bərdə, Gəncə, Göygöl, İsmayıllı, Lənkəran, Mingəçevir, Şəki, Şirvan və Xaçmazda filialları fəaliyyət göstərir. Təşkilat öz sıralarında 2000 – dən çox ali və orta məktəb müəllimini birləşdirir. AzETA Böyük Britaniyanın İATEFL və ABŞ-ın TESOL təşkilatlarının üzvüdür.

P.S. Konfransda 2016 – cı ilin aprel ayında erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Pəncəli Teymurovun qardaşı, ixtisasca ingilis dili müəllimi olan, Astara rayonunun Ərəzud kənd orta məktəbinin müəllimi Famil Teymurov da iştirak edirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə