Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BFB-nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
BFB-nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
08 May 2017 / 11:53 / Baxış sayı: 144
Font1 Font2 Font3 Font4

Bu ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən bağlanılan əqdlərin ümumi dəyəri 2,622 mlrd. manat təşkil edib. 

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağzılar bazarının həcmi illik müqayisədə 2,6 dəfə artaraq 504,686 mln. manata çatıb. Bunun da 223,802 mln. manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 280,884 mln. manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.

Son 1 ildə pay (səhm) bazarının həcmi 102 dəfə artaraq 600,573 mln. manata, borc (istiqraz) bazarının həcmi isə 7,7 dəfə artaraq 229,956 mln. manata yüksəlib.

4 ay ərzində REPO əməliyyatlarının həcmi isə 10,567 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu növ əməliyyat həyata keçirilməyib.

Hesabat dövründə törəmə maliyyə alətləri bazarının (Forex) həcmi isə 1,7 dəfə artaraq 1,276 mlrd. manat təşkil edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə