Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran prezidentinə hücum edildi – FOTO/VİDEO
İran prezidentinə hücum edildi – FOTO/VİDEO
08 May 2017 / 12:42 / Baxış sayı: 1426
Font1 Font2 Font3 Font4

İran prezidenti Həsən Ruhani çıxış zamanı etirazlarla qarşılaşıb.

“Qaynarinfo” xəbər verir ki, Ruhani Gülüstan vilayətində baş vermiş qəza ilə bağlı əraziyə baş çəkib. Əhali qarşısında çıxış edən Ruhani bütün İran xalqının zərərçəkənlərin ailəsinin hüznünü paylaşdığını, burada hər kəsin məsuliyyət daşıdığını bildirib.

Lakin mədənçilər zəif təhlükəsizlik tədbirlərdən və gecikən əmək haqlarına görə hiddətləniblər. Etirazçılardan biri keçən il 14 aylıq maaşlarının verilmədiyi üçün valilik qarşısında toplaşdıqları zaman prezidentin heç nə etmədiyini xatırladıb.

Etirazlar gücləndiyi üçün Ruhani hadisə yerini tərk etməli olub. Hiddətlənmiş kütlə prezidentin avtomobilinə zərbə endirməyə başlayıb.

Xatırladaq ki, keçən həftə baş vermiş partlayış zamanı 40-a yaxın insan həlak olmuşdu.

 

arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə