“Bizimxeber” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2017-cı ilin yanvar-mart aylarında yaydığı hesabatda qeyd olunub.

Belə ki, 2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

arxiv.bizimxeber.az