“Bizimxeber”  bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin  yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələki bəlli olmayan minik avtomobilləri toqquşub.

Nəticədə “Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin nizami hissə rəisi, polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.

arxiv.bizimxeber.az