Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DTX-nın əməkdaşları “Heydər zirvəsi”də yürüş etdilər
DTX-nın əməkdaşları “Heydər zirvəsi”də yürüş etdilər
08 May 2017 / 13:33 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə “Heydər zirvəsi”nə yürüş ediblər.

DTX-nın İctimaiyyətiylə əlaqələr şöbəsindən “Bizimxeber”ə verilən məlumata görə, yürüş iştirakçısı olan əməkdaşlar əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Bakıdan Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüş başlanıb.

Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.

Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 6-da “Heydər zirvəsi”nə qalxaraq, Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə