Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR: “İşçilərimizin əmək haqlarının azaldılması nəzərdə tutulmur”
SOCAR: “İşçilərimizin əmək haqlarının azaldılması nəzərdə tutulmur”
08 May 2017 / 14:19 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin əmək haqlarının azaldılması nəzərdə tutulmur. “Report” xəbər verir ki, bu barədə şirkətdə əmək haqlarının azalması ilə bağlı yazılanlara cavab olaraq SOCAR-ın açıqlamasında qeyd olunub.”Dövlətimizin beynəlxalq aləmə inteqrasiya prosesinə dəstək olaraq, şirkətimiz də öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurur. 

Artıq qlobal şirkətə çevrilən SOCAR tabeliyində olan təşkilatlarla birlikdə, hər bir sahədə olduğu kimi əməyin qiymətləndirilməsi və ödənilməsi sisteminin də günün tələblərinə cavab verməsini hədəfləyir.

Artıq bir müddətdir ki, SOCAR-da əməyin təşkili və normalaşdırılması üzrə şirkətdaxili yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadan beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə layihə qrupu yaradılıb”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, layihə planına görə ilk növbədə, “Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb və ötən ildən etibarən bu standartlar tətbiq edilməyə başlanıb. “Yeni standartlara uyğun olaraq, hər bir vəzifə üzrə iş analizləri aparılıb və işçilərin faktiki tutduğu vəzifələrin beynəlxalq standartlara uyğunluq dərəcəsi müəyyən edilib.

Məlumat üçün bildirək ki, işçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. SOCAR rəhbərliyi, əməkdaşlarının sosial rifahının, heç bir halda, aşağı düşməsini məqbul saymadığı üçün yeni vəzifə standartlarının tətbiqi nəticəsində əməyin ödənilmə dərəcəsində azalma olan hər bir əməkdaşın maaşını, müvafiq qaydada, kompensasiya edəcək.

Beləliklə də, əməkdaşlarımızın yeni ştat cədvəlləri həm beynəlxalq standartlara cavab vermiş olacaq, həm də heç bir işçimiz bu prosesdən zərər görməyəcək”, – SOCAR-ın açıqlamasında qeyd olunub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə