Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranlı general Pakistanı hədələyib
İranlı general Pakistanı hədələyib
08 May 2017 / 18:20 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

İran Silahlı Qüvvələri rəsmi İslamabadı Pakistan ərazisindəki terrorçulara zərbə endirəcəyi ilə hədələyib.

“Report” xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, diviziya generalı Məhəmmədhüseyn Baqiri yerli IRINN televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, yaranmış mövcud vəziyyət İran üçün qəti qəbuledilməzdir: “Hesab edirik ki, Pakistan hökuməti sərhədə nəzarət edəcək, terrorçuları İrana təhvil verəcək və onların ölkə ərazisindək düşərgələrini məhv edəcək. Pakistan ərazisindən hücumlar davam edərsə, o zaman harada yerləşmələrindən asılı olmayaraq, terrorçuların gizləndikləri və sığındıqları yerlərə dağıdıcı zərbələr endirəcəyik”.

Qeyd edək ki, aprelin 26-da İran Sərhəd Xidmətinin əsgərlərinə Pakistan tərəfdən açılan atəş nəticəsində ikisi kiçik rütbəli zabit olmaqla 10 nəfər ölüb, 3-ü isə yaralanıb. Hücumun məsuliyyətini “Ceyş-əl Ədl” (“Ədalət ordusu”) üzərinə götürüb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə