Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİM bakalavrlara müraciət edib
DİM bakalavrlara müraciət edib
08 May 2017 / 18:30 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2017/2018‑ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.

Bu barədə “Bizimxeber”ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2017-ci il mayın 4‑dən 22-dək keçirilən proqram seçimi zamanı DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramı seçməlidirlər.

Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50 və 53 saylı proqramları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar 2017-ci il iyunun 4-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 6-7 iyunda DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 8-10 iyunda vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə