“Qaynarinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə-AB münasibətlərinin dondurulması məsələsinə şərh verən Junker buna komissiyanın deyil, üzv ölkələrinin qərar verdiyini söyləyib:

“İştirak prosesinin əsas prinsipləri aydın şəkildə AB-nin nizamnaməsində bildirilib. Türkiyə birliyə qatılmaq istəyirsə Avropa Şurasının üzvü və AB-yə namizəd olaraq insan haqlarının, qanunun aliliyinin və vətəndaş azadlıqlarının qorunmasına riayət etməlidir. Edam məsələsinin qəbul olunması şayiədən o tərəfə keçərsə, bu, Türkiyənin Avropa ailəsindən imtina etməsi demək olacaq. Çünki Avropa Konvensiyası hüquqların və fundamental azadlıqların qorunması qanununa söykənir ki, bu dəyərlər də ölüm hökmünün verilməsini qadağan edir. Əgər Türkiyə bu qanunu qəbul edərsə, o zaman AB ilə münasibətləri tamamilə bitəcək”.

2014-cü ildən 2020-ci ilə qədər AB-nin Türkiyəyə verməyi vəd etdiyi 4,45 milyard avro maliyyə dəstəyinin bu günə qədər 167,3 milyon hissəsinin ödəndiyini də qeyd edən Junker gələcəkdə hansı layihələrin dəstəklənəcəyinə komissiyanın baxacağını və yardımların əsasən islahatlar üçün ayrılacağını qeyd edib.

arxiv.bizimxeber.az