Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naxçıvan DİN-i məlumat yaydı – YENİLƏNİB
Naxçıvan DİN-i məlumat yaydı – YENİLƏNİB
08 May 2017 / 20:39 / Baxış sayı: 428
Font1 Font2 Font3 Font4

Mayın 7-i, saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda – Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC- 222 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E-240 markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC- 080 dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı minik avtomobili toqquşub. Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olub.

Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də vəfat ediblər.

Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin  yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ bəlli olmayan minik avtomobilləri toqquşub.

Nəticədə “Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-in əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin nizami hissə rəisi, polkovnik Mirnemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə