“Bizimxeber” xəbər verir ki, bunu özəl olaraq Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisi əməkdaşları qeyd olunan məsələ ilə bağlı nəzarəti gücləndirib və müəyyən olunmuş standartları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, mayın 1-dən etibarən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib və bu icazə noyabrın 15-ə qədər qüvvədə olacaq. Lakin pərdə və jalüzlər müəyyən olunmuş standartlara uyğun olmalıdır. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunur.

arxiv.bizimxeber.az