IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı taksilərin Olimpiya Stadionunun ətrafına yaxınlaşmasına icazə verilməyəcək.

İstiPress-in Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, stadionun ətrafında şəxsi nəqliyyat vasitələrinin parklanmasına da icazə verilməyəcək. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metrodan və ya xüsusi ayrılmış avtobuslardan) istifadə edə biləcəklər. Həmçinin açılış və bağlanış mərasimləri zamanı, Heydər Əliyev və Neftçilər prospektinin bağlı olması nəzərə alınaraq, avtobus marşrutlarının hərəkət qrafikində bir sıra dəyişikliklər ediləcək – 1 və 13 nömrəli avtobuslar saat 16:00-dan etibarən fəaliyyətini dayandıracaq.

arxiv.bizimxeber.az