Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şərurlu İsfəndiyar” “Zaminbank”ı məhkəməyə verdi
“Şərurlu İsfəndiyar” “Zaminbank”ı məhkəməyə verdi
09 May 2017 / 9:45 / Baxış sayı: 1106
Font1 Font2 Font3 Font4

İş adamı  ”““Hafka”nın bankına borcum yoxdur” deyir

“Hafka” kimi tanınan hazırda müflis vəziyyətdə olan iş adamı Hafiz Məmmədovun bankının (“Bank of Azerbaijan”) müflis olaraq bağlandığı, lisenziyasının alındığı məlumdur. Virtualaz.org xəbər verir ki, “Bank of Azerbaijan”la bağlı problemin səbəbləri haqda müxtəlif məlumatlar yayılıb.

Bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olan “Hafka”nın digər biznes aktivləri kimi həmin bankın da bu ortaqlığın pozulmasının nəticəsi olaraq çökdüyü haqda danışılıb. Sayt bank sənədlərinə istinadən yazır ki, “Bank of Azerbijan”ın müflis olmasının əsas səbəbi Ziya Məmmədov da daxil olmaqla bir çox oliqarxların götürdükləri milyonlarla dollarlıq krediti ödəməkdən imtina etməsidir.
Məsələn, “Bank of Azerbaijan”ın borcluları arasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkətlərinin və yaxın adamlarının adları var. Məlum olur ki, Z.Məmmədovun ailə şirkəti olan «ZQAN Holding»in (sonradan adını “Garant Holding” olaraq dəyişdi) tərkibində olan müxtəlif şirkətlər qısa müddət ərzində bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər. Bu da yetməyib, «ZQAN Holding»in maliyyə direktoru Kamran Niftəliyev öz adına bankdan 1.65 milyon manat kredit götürüb.
Ziya Məmmədovun İlqar Əliyev adlı qohumu isə bankdan 1 milyon (manat və dollarla) götürüb. Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bankdan 4 milyon dollar kredit alıb. “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti biznesmeni “Hafka”nın bankından 1.1 milyon manat götürüb, krediti hansısa Şahnisə Məmmədovanın adına rəsmiləşdirib. Üstəlik, “Bank of Azerbaijan”ın filiallarından biri ancaq “Şərurlu İsfəndiyar” və onun qohumları üçün işləyib.
Siyahı davam edir və belə məlum olur ki, hazırda “Bank of Azerbaijan”ın geri qaytarılmayan kreditləri 160 milyon dollardır. Başqa sözlə, “Hafka”nın bankını əməlli-başlı talayıblar və indi onun keçmiş sahibinin harayını eşidən, həmin borclulardan pulları alıb qaytaran yoxdur. Üstəlik, “Hafka”nın bankını boşaldanların heç birinin barəsində cinayət işi başlanmayıb.
“Şərurlu İsfəndiyar” “Yeni Müsavat”a deyib ki, onun “Bank of Azerbaijan”a borcu yoxdur: ““Hafka”nın bankına borcum yoxdur. Mənim özümün banka qarşı davam var”.

Image result for Hafka
“Şərurlu İsfəndiyar” bildirib ki, bir neçə il əvvəl “Mur-Ay” MMC bir çox vətəndaşlardan pul yığıb onlara ev vəd edib. Sonradan isə vədə əməl olunmayıb. İşə dövlət qurumları qarışıblar. Bundan sonra binanın tikilməsi və aldadılan vətəndaşlara təqdim olunması onun şirkətinə tapşırılıb: “Dövlət mənə 10 milyon manat kredit verdi. Bu krediti ona görə verdilər ki, ”Mur-Ay” MMC-də zərərçəkənlərin evini tikib verim. Mən də tikib verdim. Amma bu dəfə də məni aldatdılar. Mən 10 milyonluq krediti “Zaminbank”a ödəmişəm. Bank həmin pulu Mərkəzi Banka ödəməyib. Oyun oynayırlar, mən də ortada qalmışam. Ona görə də mənim 10 milyon kredit götürərkən girov qoyduğum əmlakları qaytarmırlar. Mənim “Bank of Azerbaijan”da kreditim yoxdur. Mən “Zaminbank”ı 3 ay əvvəl məhkəməyə vermişəm. İşə İqtisad Məhkəməsində baxırlar. Mən öhdəliyi yerinə yetirmişəm. Oyun oynamağa başlayıblar, əmlakları vermirlər. Gedib əlbəyaxa olmayacağıq ki? Vermişik məhkəməyə, gözləyirik”.
“Zaminbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi altında “xortumlanması” haqda əvvəllər də bilgilər olub. Mümkündür ki, “Şərurlu İsfəndiyar”ın “Zaminbank”a ödədiyi pullar hazırda Mahmudovun hansısa offşor hesablarında yatır. Əlimizə çatan bilgilərə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov özünün keçmiş işçiləri – Elşad Mahmudov, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Fərhad Atayev və s. vasitəsilə banklara qarşı əməliyyatlar qurub. Məsələn, 2012-ci ilin martında Azərbaycanın ən qabaqcıl banklarından olan “Texnikabank”a qarşı MTN əməliyyat keçirdi. Həmin əməliyyatdan sonra bu bank E.Mahmudovun qudası Cahangir Hacıyevin nəzarətinə keçmişdi. İlk beşlikdə olan “Texnikabank” tez bir zamanda boş qazana çevrildi. MTN-in “xortumladığı” banklar sırasında “Şərurlu İsfəndiyar”ın 10 milyon ödədiyi “Zaminbank”la yanaşı, “Bank of Baku”, “Standartbank”, bu gün 160 milyon ümidsiz kredit portfeli ilə müflis elan edilən “Bank of Azerbaijan” da var. Beynəlxalq Bank vasitəsilə mənimsənilən milyardlar haqda isə indiyədək çox danışılıb.
Bir müddət əvvəl xəbər yayılmışdı ki, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Füzuli Əliyev yüzlərlə iş adamının müflis edilməsi ilə nəticələnən qurama əməliyyatlar təşkil edib. Bu qanunsuz əməlləri ilə Eldar Mahmudova milyonlar gətirən Füzuli Əliyevin general rütbəsi üçün artıq təqdimatı hazırlanıb. Ancaq Eldar Mahmudovun “vurulması” ilə MTN-in dağılması onun general olmasının üstündən xətt çəkib.
Hazırda Füzuli Əliyev məhkəmə qarşısındadır. Eldar Mahmudovun Füzuli Əliyevin vasitəsilə hazırda fəaliyyəti dayandırılan “Zaminbank”ın rəhbəri Nadir İsmayılovla işbirliyi olması haqda xəbərlər də var. Belə ki, sabiq nazir Azərbaycanda cinayət yolu ilə qazandığı yüz milyonlarla vəsaitin bir hissəsini Beynəlxalq Bankla yanaşı, həm də adıçəkilən bank vasitəsilə xaricə çıxarırmış. Məlumatlarda qeyd olunur ki, Eldar Mahmudovun ailə üzvlərinin adına Avropada alınan mülklərin pullarının ödənişi də bu bank vasitəsilə həyata keçirilib. Bundan başqa, “Zaminbank” rəhbərliyinin iş adamlarının hesabları barəsində MTN-ə davamlı informasiyalar ötürməklə bank sirri prinsiplərini pozduğu haqda da bilgilər var. Ən maraqlı məqam odur ki, Füzuli Əliyevin qardaşı Elşən Əliyev məhz bu bankda yüksək vəzifədə olub. E.Əliyevin vəzifəsinin verdiyi imkanlar hesabına bankın müştəriləri haqda məlumatlar rahat şəkildə Eldar Mahmudovun masası üzərinə yol tapıb. “Şərurlu İsfəndiyar”a 10 milyon “atan” bankın rəhbəri Nadir İsmayılov hazırda ölkədə deyil. O, Sankt-Peterburqda rotel və restoranlara sahibdir. Belə məlumatlar var ki, qapanan bankın rəhbəri hazırda Sankt-Peterburqda biznesini idarə edir. “Şərurlu İsfəndiyar”ın onun vaxtilə rəhbərlik etdiyi bankı məhkəməyə verməsindən bəlkə də xəbərsizdir…\musavat.com\

Bizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə