Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

O gecə Ərdoğan belə öldürüləcəkmiş – Şok fakt
O gecə Ərdoğan belə öldürüləcəkmiş – Şok fakt
09 May 2017 / 9:53 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

Türkiyənin Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ şəbəkəsinin 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı hazırladığı ittihamnamədə yeni faktlar üzə çıxıb.

Axar.az xəbər verir ki, sənəddə Prezident Rəcəb Tayyib Ərdoğanın yavəri olmuş Ərkan Kıvrakın çevriliş cəhdi öncəsi dövlət başçısının qaldığı otelin yerini öyrənərək qiyamçılara xəbər verdiyi bildirilib.

Belə ki, qiyamdan bir gün əvvəl baş yavər Əli Yazıcının rəhbərliyi ilə keçirilən gizli toplantıda digər yavərlərə müxtəlif vəzifələr verilib. Kıvrak isə stadion açılışı və EKSPO mərasimi ilə bağlı Antalyaya gedəcək Ərdoğanın qalacağı otelin yerini öyrənməli idi.

Kıvrak toplantıdan sonra təyyarədə Ərdoğanın mühafizə alayı ilə birlikdə Antalyaya hərəkət edib. 14 iyul 15:00-da Ali Yazıcı Kıvraka zəng edərək: “Prezident hansı oteldə qalır: İki “Qrand” oteli var. Hansında olacağını dəqiqləşdirə bilərsənmi?” – deyə soruşub.

Kıvrak baş yavərə dəqiqləşdirib məlumat verəcəyini dedikdən sonra Təhlükəsizlik müdiri Çetin Orxana zəng edərək, Ərdoğanın hansı oteldə qaldığını soruşub.

Ərdoğanın şəhər mərkəzinə yaxın “Qrand” oteldə (digər adı “Turban Otel”) qaldığını öyrənən Kıvrak bunu Yazıcıya dərhal deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə