Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus-erməni qoşunu Qarabağa yeridilə bilərmi? – Şərh
Rus-erməni qoşunu Qarabağa yeridilə bilərmi? – Şərh
09 May 2017 / 10:22 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4

Ötən il cəbhədə Aprel savaşından sonra Moskva forpustu olan Ermənistanı qorumaq və düşdüyü məğlubiyyət drumundan psixoloji olaraq qurtarmaq üçün Ermənistan-Rusiya birləşmiş qoşun növünü yaratdı. Bu qoşun növünə Ermənistanın 4-cü ordu korpusu, Rusiyanın 102-ci bazası və İrəvan yaxınlığında Erebuni aviabazası daxil edildi. Qoşun növünün rəhbərliyinə 4-cü korpusun komandiri general Markaryan gətirildi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Makaryanın rəhbərlik etdiyi ordunu Qarabağa yeridə biləcəyi barədə açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Ermənistan-Rusiya qoşun növü təsis ediləndə bunun Ermənistanın təhlükəsizliyi üçün nəzərdə tutulduğu qeyd edilirdi:

“Buna baxmayaraq, bu qoşun növünün birbaşa Azərbaycana təzyiq və çəkindirici faktor olması danılmazdır. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT ) çərçivəsində cavabdehdir. Əgər belə bir təşkilat varsa, bu qoşun növü nəyə hesablanıb?!”

Politoloq bildirib ki, artıq Ermənistan-Rusiya hərbi birləşməsinin məqsədini general Makaryan açıqladı:

“O qeyd etdi ki, birgə hərbi birləşmə Ermənistanın və regionun təhlükəsizliyi üçün nəzərdə tutulub. O, “region” deyərkən təbii ki, Ermənistanın sərhədlərindən xaric, Azərbaycanın işğal olunmuş Qarabağ ərazisini nəzərdə tutur. Və qeyd edir ki, Qarabağda müharibə başlayarsa, bu birgə hərbi birləşməni müharibəyə göndərə bilər. Və bunun nizamnamədə əksini tapdığını vurğulayır”.

M.Əsədullazadə Makaryanın dediklərinin həqiqətdən heç də kənar olmadığını ehtimal edir:

“Baş verənlər region üçün çox böyük təhdidlər yaradır və Moskvanın Qarabağ münaqişəsində tutduğu mövqeyi əks etdirir. Azərbaycan bununla bağlı Rusiyadan izahat tələb etməli, bir daha Ermənistan-Rusiya qoşun növünün təyinatı ilə bağı erməni generalın açıqlamalarına münasibət bildirilməlidir. Azərbaycan hazırda substantiv danışıqlar üçün bütün səylərini ortaya qoyub. Ermənistanı danışıqlar prosesindən yayınmaqla sülh ümidlərini və qarşılıqlı etimad mühitini fiaskoya uğradır. Ermənistanın bu siyasəti növbəti müharibə ehtimalını gündəmə gətirir”.

Qeyd edək ki, 5 mayda Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryan keçirdiyi mətbuat konfransında Qarabağda vəziyyətin gərginləşməsi halında rəhbərlik etdiyi qoşunların Dağlıq Qarabağa yeridilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya lideri Putin onu Qarabağa qoşun yeritməmək üçün əmr verə bilməz, çünki bu, nizamnamədə nəzərdə tutulmayıb.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə