Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cahangir Hacıyev niyə siyasi məhbus ola bilməz…
Cahangir Hacıyev niyə siyasi məhbus ola bilməz…
09 May 2017 / 10:38 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4

Anar Məmmədli: “Bu məsələ işçi qrupumuzda müzakirə olundu və qərara gəldik ki, o, siyasi məhbus deyil”

Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin adının siyasi məhbuslarla bağlı hazırlanmış 160 nəfərlik siyahıda olması ciddi qalmaqala səbəb olub. Əksəriyyət sabiq bankirin isminin siyasilərlə eyni siyahıya salınmasının əleyhinə olsa da, onun işində siyasi çalarların olduğunu iddia edənlər də var.
İndiyə qədər keçmiş bəzi hakimiyyət məmurlarının siyasi məhbus elan olunduğu önə çəkilərək, C.Hacıyevin də bu statusa yiyələnməsinin mümkünlüyü vurğulanır. Xüsusilə, onların məhkəmə zamanı siyasi çıxışları bu adı almasına yol açdığı qeyd edilir.

94 nəfərlik digər siyasi məhbus siyahısının hazırlanmasında yaxından iştirak edən, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, keçmiş vicdan məhbusu Anar Məmmədli “Yeni Müsavat”a açıqlamasında sabiq bankirin siyasi məhbus adını almasının qeyri-mümkün olduğunu bildirdi: “Biz vahid siyahını hazırlayarkən Avropa Şurası Parlament Assambleyasının qəbul olunmuş siyasi məhbuslar anlayışına və oradakı kriteriyalara əsaslanmışıq. Həmin kriteriyalar ümumiləşdirilib. Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün bizim qrup həmin kriteriyalara əsaslanmağı qərara aldı.

İkinci tərəfdən, bu məsələ işçi qrupumuzda müzakirə olundu və qərara gəldik Cahangir Hacıyev siyasi məhbus deyil. Mən qrupumuzun mövqeyini müdafiə edirəm və fərqli bir mövqeyim yoxdur. Cahangir Hacıyevin fəaliyyətinə gəlincə, həbs olunana qədər dövlət məmuru olub, heç bir siyasi fəaliyyəti olmayıb, ölkənin, iqtisadi, sosial, biznes, bazar münasibətləri və ya siyasi-iqtisadi yöndə çıxışları olmayıb. Tənqidi yöndə olan şəxs də olmayıb, hər hansı bir təşkilata rəhbərlik etməyib, məqalələrlə çıxış edən şəxs olmayıb. O həbs olunana qədər konkret siyasi fəaliyyətlə məşğul olması barədə əlimizdə heç bir fakt yoxdur. Bu şəxs həbs ediləndən sonra özü, vəkilləri, ailəsi bildirdi ki, bu insana qarşı münasibətdə ayrı-seçkiliyə yol verilir, ədalətli mühakimə hüququ pozulur”.

A.Məmmədli sabiq bankir kimi çoxlarının qanun pozuntuları ilə üzləşdiyini qeyd etdi: “Bu məsələni araşdıranda, əlbəttə, düşünə bilərik ki, Cahangir Hacıyev prosedur pozuntularına məruz qalıb. Hazırda Azərbaycandakı qanun pozuntuları nəinki Cahangir Hacıyevin, çoxsaylı insanların başına gəlir. Təkcə siyasi deyil, adi vətəndaşlar da bu cür hallarla üzləşirlər. Məhkəmə və istintaq proseslərində də tək hüquqları pozulan Cahangir Hacıyev deyil ki. Mən ümid edirəm ki, o bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə qədər aparacaq. Bu məhkəmədə indiyə qədər qazanılmış xeyli sayda işlər var. Cahangir Hacıyevin belə perspektivi var. Yəni vəkilləri işləri hazırlayıb Avropa Məhkəməsinə göndərsələr, Cahangir Hacıyev də orada qazana bilər. İstənilən halda onunla bağlı baş verən qanun pozuntuları onu məsuliyyətdən azad etmir. Özü də bir neçə dəfə məhkəmədə əməllərini etiraf edib. Uzun zaman hakimiyyətdə təmsil olunan, iqtidara xidmət edən, bir sıra cinayət xarakterli əməllərə yol verən birisinin birdən-birə siyasi məhbus olması iddiası ciddi məsələdir. Biz belə bir iddia ilə çıxış etmirik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə