Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DYP rəsmisi qayda pozduğunu etiraf etdi
DYP rəsmisi qayda pozduğunu etiraf etdi
09 May 2017 / 12:56 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4

“Bakıda bizi narahat edən statistika piyada vurulması ilə bağlıdır”. Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ölkə.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda yol polisi tərəfindən bu məsələ diqqətdə saxlanılır.

“Piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrinin sayı artıb. Vaxtı ilə piyada vurulmaları 50 faizə qədər idisə, indi bu tipli qəzalar 60 faizdən çoxdur. Bu da ciddi narahatçılıq törədir. Artıq bu gün piyada-sürücü münasibətləri əsas məsələlərdən olmalıdır.

Bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün hər kəs bilik və bacarığını əsirgəməməlidir. Bu gün piyadaların təhlükəsizliyinin təmin edilməsilə bağlı 100-ə yaxın piyada keçidi istifadəyə verilib. Bundan əlavə, bu istiqamətdə xeyli sayda piyada keçidləri tikilməkdədir. Yəni piyadaların da təhlükəsizliyi nəzarət altındadır”, – deyə V. Əsədov bildirib.

Palkovnik əlavə edib ki, ilin əvvəlindən bu günə qədər Bakı şəhərində 40 minə yaxın piyada yol polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Bunun nəticəsində hadisələr də qismən azalıb. Vaqif Əsədov bu istiqamətdə görüləcək işlərdə KİV nümayəndələrindən də kömək istəməyi unutmayıb:

“Yaxşı olar ki, piyadalar arasında təbliğat işlərinin aparılmasında jurnalistlər də bizə dəstək versinlər. Bu zaman müsbət nəticələr əldə etmək olar. Bəzilərinin tənbəl olması, bəzilərinin harasa tələsməsi, kiminin guya görmədən hərəkət etməyi və s. amillər belə xətalar törətməklə nəticələnir”.

Bundan başqa, V.Əsədov söhbət zamanı əvvəllər özü də yol qaydalarını pozduğunu etiraf edib:

“Əgər vaxtı ilə yol polisi olmağımla qürrələnib, müəyyən xəta törədirdim, məsələn kəmər vurmurdum, lazımsız yerə sürət artırırdımsa, indi o qədər texniki vasitələr var, ona görə, belə etmirəm. İndi fəaliyyətimizə, hərəkətlərimizə ciddi nəzarət edirlər. O qədər ciddi nizam-intizam var ki, artıq mən öz hərəkətimə diqqət edirəm. Bunlar o deməkdir ki, kimliyindən asılı olmayaraq, hər kim qayda pozursa, mütləq inzibati qaydada cəzalandırılır. Ümumiyyətlə yol polisi əməkdaşlarının qazandığı bu kimi nəaliyyətlər rəhbərliyimizin biz polis əməkdaşlarına olan diqqəti, qayğısı və tələbkarlığıdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə