Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ANS-in daha bir məhkəmə işi: borcunu ala bilmir
ANS-in daha bir məhkəmə işi: borcunu ala bilmir
09 May 2017 / 12:58 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

ANS Yayım və Media Şirkəti ilə “Sharks” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında gedən məhkəmə çəkişməsi davam edir.

arxiv.bizimxeber.az-ın “report”a istinadən məlumatına görə, ANS yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Belə ki, ANS Yayım və Media Şirkəti kassasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış müddətin üzürlü hesab edilməsi üçün apellyasiya şikayəti verib. İşə mayın 12-də hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ANS-lə “Sharks” şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, “Sharks” şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: “ANS-lə “Sharks” şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS “Sharks” MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə – 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz “Sharks” şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik”.

“Sharks” şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib: “Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman “Sharks”ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır”.

Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə