Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın 16 neft yatağının sahibi: “Yoldan ötənlərin mənə yazığı gəldi, başladılar pul atmağa…”
Azərbaycanın 16 neft yatağının sahibi: “Yoldan ötənlərin mənə yazığı gəldi, başladılar pul atmağa…”
09 May 2017 / 13:48 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4

Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, inquş əsilli rusiyalı milyarder Mixail Qutseriyev vaxtilə qaçdığı Londondan Rusiyaya geri döndüyü 2010-cu ildə başına gələn əhvalatı danışıb. Virtualaz.org xəbər verir ki, milyarder “Bloomberg”ə müsahibəsində həmin il Londondan qayıdan kimi dincəlmək üçün sevimli kurortu Kislovodska getdiyini deyib.

Qutseriyevin dediyinə görə, bir gün Kislovodskda küçə ilə gedərkən skripka çalıb yol keçənlərdən qəpik-quruş qazanan qızı görüb. Özü də skripka həvəskarı olan milyarder deyir ki, qızın ifası onda “rəqib instinkti” yaradıb.

“Qızdan çox xahiş etdim ki, aləti mənə versin. Verdi, yerə oturub başladım skripkada ifa etməyə. Mən bərbad görkəmdə idim, əynimdə idman kostyumu, ayağımda çəkələk…Görünür buna görə yol keçənlərin mənə yazığı gəldi başladılar skripkanın çexoluna pul atmağa. Cəmi bir saata 50 dollara yaxın pul yığıldı, hansı ki, skripkaçı qız həmin pulu bütün gün ərzində güclə qazanırdı. Sonra pulları da qıza verib skripkanı qaytardım, yoluma davam etdim”-biznesmen deyib.

Xatırladaq ki, Qutseriyev 2007-ci ildə Putinin qəzəbinə tuş gəlmişdi və tələsik Rusiyadan qaçmalı olmuşdu. O, Rusiyanı tərk edəndən sonra barəsində axtarış elan olundu, oğlu Çingizxan isə Moskvada müəmmalı avtomobil qəzasında öldü. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Rusiyaya qayıda bilməzdi və cənazə Bakıya gətirildi, burada vida mərasimi oldu və dəfn olunmaq üçün İnquşetiyaya aparıldı. Qutseriyev oğlunun ölümündən sonra bir müddət Bakıda qalandan sonra Londona getmişdi. Biznesmen Londondan neft biznesini davam etdirərək Azərbaycanda bir sıra quru neft yataqlarını almışdı.

2008-ci ildə Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu” (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Qutseriyev “Bloomberg”ə onu da danışıb ki, Rusiyadan qaçmağa ona çoxdankı dostu, Belarus prezidenti Aleksandr Lukaşenko kömək edib. Biznesmenin bildirdiyinə görə, o, avtomobillə Belarus ərazisinə keçib, oradan isə təyyarə ilə Londona uçub.

“Böyük oğlumun avtomobil qəzasında ölməsindən sonra mənim qətiyyətim sındı. Başladım geri qayıtmaq üçün Kremlə kanallar yaratmağa, məmurları və keçmiş nazirləri ələ aldım, onların vasitəsilə geri qayıtmağa razılıq aldım. Həmin vaxt ərzində skripkada çalmağı və şer yazmağı öyrəndim”-biznesmen danışıb.

Agentlik qeyd edir ki, onun geri qayıtması üçün imkan 2008-ci ildə Putinin prezidentliyi daha az avtoritar Medvedyevə təhvil verməsindən sonra açılıb. 2010-cu ildə məhkəmə Qutseriyevin barəsindəki cinayət işinə xitam verib. Agentlik yazır ki, Qutseriyevin problemləri həmin vaxt həbsdə olan YUKOS prezidenti Mixail Xodorkovskinin aktivlərini almaq cəhdlərindən sonra başlamışdı…

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə