Hüquq müdafiəçisi big.az-a açıqlamasında Ultrasəs müayinədən (USM) keçən zaman həkimin ona qoyduğu “3 böyrəyin var” diaqnozundan şoka düşüb:

“Düzü, həmin həkim çox peşəkardır, yanıldığını düşünmürəm. Amma maraqlıdır ki, indiyədək ən azı, 10 dəfə USM-dən keçmişəm, belə bir problemlə rastlaşmamışam. Artıq bununla bağlı bir neçə həkimlə məsləhətləşmişəm, deyiblər ki, böyrəyimdə şiş ola bilər. Dopler müayinədən keçməyi düşünürəm. Görək, necə olur”.

Qeyd edək ki, tibbdə – 3, hətta 4 böyrəyi olan insanlara rast gəlinir. Bu, inkişaf anomaliyasıdır. Çox az hallarda qeydə alınan ikiləşmə anomaliyası müşahidə olunan insanların böyrəkləri normal insanlara nisbətən daha həssas olur.

Belə insanlar mütəmadi uroloq nəzarəti altında olmalıdır ki, bununla səhhətlərində baş verə biləcək nasazlıqlara vaxtında konservativ müalicə və yaxud əməliyyat yolu ilə müdaxilə etmək mümkün olsun.

arxiv.bizimxeber.az