Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Biləsuvarda həkimin əl-qolunu bağlayıb evini soydular – VİDEO
Biləsuvarda həkimin əl-qolunu bağlayıb evini soydular – VİDEO
09 May 2017 / 16:50 / Baxış sayı: 224
Font1 Font2 Font3 Font4

Biləsuvarda naməlum şəxslər həkimin evini qarət ediblər.

“ARB TV” xəbər verir ki, hadisə rayonun Tofiq İsmayılov küçəsində Göyçək İbrahimovaya məxsus fərdi yaşayış evində baş verib.

Ev sahibinin sözlərinə görə, axşam saatlarında 2 nəfər maskalı şəxs onun bayıra çıxan azyaşlı nəvələrini tutublar. Daha sonra evə daxil olan maskalılar Göyçək İbrahimova ilə əlbəyaxa olaraq qolları və ayaqlarını kəndirlə bağlayıb evdə axtarış aparıblar.

Zərərçəkən bildirib ki, naməlum şəxslər evdən 2 min manata yaxın nəğd pul və qızıl zinət əşyalarını götürərək oranı tərk ediblər. Hadisədən səhər saatlarında xəbər tutun qonşular ev sahibi və nəvələrinə yardım ediblər.

Məsələ ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Göyçək İbrahimova Biləsuvar Mərkəzi rayon xəstəxanısının laboratoriya-analiz şöbəsində çalışır.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə