Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampın anti-miqrant fərmanı yenidən ləğv edildi
Trampın anti-miqrant fərmanı yenidən ləğv edildi
09 May 2017 / 18:02 / Baxış sayı: 168
Font1 Font2 Font3 Font4

ABŞ-ın Apellyasiya Məhkəməsinin hakimləri prezident Donald Trampın imzaladığı anti-miqrant fərmanını şübhə altına alıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hakimlər Donal Trampın 6 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyan fərmanının insan hüquqlarına və demokratiyaya zidd addım olduğunu bəyan ediblər.

Hakimlər bildirib ki, Donald Trampın sözügedən fərmanında dini qərəzlilik mövcuddur.

Virciniya ştatının Riçmond şəhərində keçirilən məhkəmədə Donald Trampın nümayəndəsi kimi iştirak edən ABŞ-ın Baş prokurorunun müavini Cefri Vall da hakimlərin çətin sualları qarşısında aciz qalıb.

ABŞ-ın Meriland Apellyasiya məhkəməsinin federal hakimi Teodor Çuanqın istəyi ilə Donald Trampın 15 mart fərmanının araşdırılması qərara alınıb.

Xatırladaq ki, hakim Teodor Çuanq Donald Trampın 6 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyan fərmanının icrasının ləğv edilməsi barədə qərar çıxarıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə