Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qələbə günü İmişli rayonunda qeyd olunub
Qələbə günü İmişli rayonunda qeyd olunub
10 May 2017 / 10:57 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4

Böyük Vətən müharibəsi zamanı İmişli rayonundan 4546 nəfər cəbhəyə yollanıb. Onlardan 2657 nəfəri sağ və müxtəlif əlillik dərəcəsi alaraq geri dönüb. 

Rayondan, həmçinin 23 nəfər qadın da könüllü olaraq müharibəyə yollanıb. Hazırda rayonda 20-yə yaxın veteran yaşayır. Qələbə günü münasibətilə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə 1941-1945  muharibəsi  zamani  həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, gül dəstələri düzüblər.Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində davam etdi.

Çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev qələbinin təmin edilməsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət  etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib düşmənə layiqli cavab veriblər.

Həmçinin, bildirilib ki, hər bir müharibə veteranın döyüş təcrübəsi onların keşməkeşli həyat yolu gənclərimizə  örnək olmalıdır. Veteranlar da öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Dövlət başçısı tərəfindən təqaüdlərinin artırılmasını minnətdarlıq hissi ilə yada salıblar.

arxiv.bizimxeber.az


arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə