Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Samir Şərifov siqaretin inhisarçılarını necə qoruyur?
Samir Şərifov siqaretin inhisarçılarını necə qoruyur?
10 May 2017 / 11:00 / Baxış sayı: 1052
Font1 Font2 Font3 Font4

Vətəninfo.az xəbər verir ki, “Akşin-N” şirkətinin direktoru Nisbət Fərhadova Maliyyə Nazirliyini,birbaşa nazir Samir Şərofovu yıxıb-sürüyəcək açıqlamalarla mayın 12-də mətbuat konfransı keçirəcək.

İş adamının mətbuat konfransı keçirməsinə səbəb isə inhisarçılara havadarlıq edən Maliyyə Nazirliyinin əməlləri ilə bağlıdı. Sahibkar keçirəcəyi mətbuat konfransı ilə bağlı yaydığı ilkin açıqlamada qeyd edir ki, Azərbaycana tütün məhsulları idxal etmək istəyib, lakin inhisarçıların , əsasən də Maliyyə Nazirliyinin qurduğu “Çin səddi”ni aşa bilməyib.N.Fərhadova qeyd edib ki, 21 dekabr 2015-ci ildə cənab Prezident İlham Əliyev Azərbaycana tütün məhsulları və alkoloji içkilər gətirmək üçün lisenziyanı ləğv etdi. Bu faktiki olaraq inhisarçılığın ləğv edilməsi demək idi.

“Ona görə də mən Prezident Adminstrasiyasına müraciət edərək Belarus Respublikasının Qrodno şəhərində yerləşən “NEMAN” tütün fabrikindən ölkəmizə tütün məhsulları gətirmək məqsədim olduğunu bildirdim. Adminstrasiyadan məni Maliyyə Nazirliyinə göndərdilər.

…Ancaq 1 ildən artıq apardığım mübarizə heç bir nəticə vermədi. Çünki Maliyyə Nazirliyi açıq-aşkar inhisarçıları müdafiə edir və nazirlik Çin Səddindən də dəhşətli bir sədd yaradaraq ölkədə azad bazarı məhv edir”.

Nisbət Fərhadova bildirib ki, o Maliyyə Nazirliyi rəhbərliyinin əməlləri barədə mətbuat nümayəndələrinə geniş açıqlama vermək, KİV vasitəsilə ölkə rəhbərliyinin məsələyə diqqətini cəlb etmək niyyətindədi.

Mətbuat konfransı 12 may 2017-ci il tarixdə “Xətai” metrostansiyasının yaxınlığı, Süleyman Vəzirov 11 D ünvanında Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə