Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Güzəştli mənzillərlə bağlı YENİLİK
Güzəştli mənzillərlə bağlı YENİLİK
10 May 2017 / 11:10 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4

 Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq.

Bizimeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev bildirib.

“Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək.

Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır.

Sistem “e-gov.az” “elektron  hökumət” portalında yerləşdiriləcək. Bununla yanaşı, “ASAN xidmət”in Bakıda yerləşən 1, 2, 3 saylı və “Sumqayıt” mərkəzləri prosesə qoşulacaq.

Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və “elektron kabinet”lərin yaradılmasına başlanılacaq”, – deyə S.Nuriyev bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə