Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

20 min dolları 40 minə “çevirən” MƏHKƏMƏ QARŞISINDA
20 min dolları 40 minə “çevirən” MƏHKƏMƏ QARŞISINDA
10 May 2017 / 13:13 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

Bakıda 20 min ABŞ dollarını kimyəvi üsulla 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən Kamerun vətəndaşı Vambo Aurelienin cinayət işi üzrə məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Prokuror cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

 

Proses mayın 17-də davam etdiriləcək.

 

Qeyd edək ki, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri tanımadığı şəxslərin onun etimadını qazanaraq 20 min ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəkləri adı ilə aldadaraq onun pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo saxlanılıb. O, bir qrup şəxslə əlbir olaraq, Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə