Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müğənniləri hədələyib pul alan şəxslərin məhkəməsi başlayır – “Lotu”nun adamıyam”
Müğənniləri hədələyib pul alan şəxslərin məhkəməsi başlayır – “Lotu”nun adamıyam”
10 May 2017 / 13:24 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4

“Şeron”qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi həmin məhkəmənin hakimi Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 11-də keçiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq özlərini “Lotu Quli”nin qardaşı “Lotu Namiq”in adamları kimi təqdim ediblər.

 

Onlar üzərlərində gəzdirdikləri silahlarla hədə-qorxu gələrək, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddət ərzində “Şeron” qrupunun sabiq üzvü “Şadan” qrupunun rəhbəri və solisti İ.Məmmədovla R.Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul vermələrini tələb edib, vaxt qoyublar.

 

Cinayətkar dəstənin üzvləri qurbanlarına qoyduqları vaxtın artırılması üçün “Lotu Namiq”dən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İ.Məmmədovla R.Qasımovun hər birindən 500 ABŞ dolları olmaqla ümumilikdə 1000 ABŞ dolları alıblar. Onlar bir qədər sonra isə İ.Məmmədova məxsus “Mercedes Benz S-klas” markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.

 

Bundan başqa, Ə.Quliyev və digərləri 2016-cı ilin noyabr ayının 30-da, saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində R.Qasımovdan 4 min ABŞ dolları məbləğində pul alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Ankara” şadlıq evinin yaxınlığındakı kafedə R.Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə