Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Davanı başladanlar ermənilər olublar” – Konsulluq
“Davanı başladanlar ermənilər olublar” – Konsulluq
10 May 2017 / 14:58 / Baxış sayı: 154
Font1 Font2 Font3 Font4

Sankt-Peterburqda keçirilən “Ölməz alay” aksiyasında baş verən davada xəsarət alan azərbaycanlılar xəstəxanadan evə buraxılıblar.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər.

Baş konsulluqdan qeyd ediblər ki, yürüş zamanı davanı başlayanlar ermənilər olub.

Baş konsulluqdan verilən məlumata görə, hadisə nəticəsində 3 azərbaycanlı xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Müsahib davada iştirak edən 10-dan çox azərbaycanlının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını vurğulayıb: “Baş konsulluğun əməkdaşları azərbaycanlıların aparıldığı polis bölmələrində olublar. Müvafiq izahat yazdıqdan sonra onların hamısı azadlığa buraxılıb. Eyni zamanda, xəsarət alan azərbaycanlılar tibbi müayinənin nəticələrinin də əlavə olunduğu şikayət ərizəsi ilə polisə müraciət ediblər.

“Hazırda polis davanın başladığı küçələrdə qeydə alınan videogörüntüləri araşdırı. Bu məsələ ilə bağlı polislə daim əlaqədəyik”, – baş konsulluqdan bildiriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə