Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah yardımına sərt reaksiya verdi
Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah yardımına sərt reaksiya verdi
10 May 2017 / 15:07 / Baxış sayı: 154
Font1 Font2 Font3 Font4

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.

Trend-in məlumatına görə, nazir YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib: “Suriyanın ərazi bütövlüyünü dəstəkləyiriksə, yanlış addımlar atmamalıyıq. YPG və PKK ikisi də terror təşkilatıdır. Aralarında heç bir fərq yoxdur, sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər bir silah Türkiyəyə yönələn təhdiddir. Bizim bu məsələ ilə bağlı mövqeyimizi ABŞ rəhbərliyi də çox yaxşı bilir”.

M.Çavuşoğlu əlavə edib ki, bu məsələ Vaşinqtonda prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın görüşündə də müzakirə olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə