Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda 9 mayı ən qeyri-adi formada qeyd edən kənd
Azərbaycanda 9 mayı ən qeyri-adi formada qeyd edən kənd
10 May 2017 / 22:06 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4

9 mayda dünyanın harasında yaşamasından asılı olmayaraq bu kəndin sakinləri dünyadan köçənlərini ziyarət etmək üçün kəndlərinə gəlirlər.

Goranboy rayonunun Xanqərvənd kəndində digər bölgələrimizdən fərqlənən qeyr-adi bir adət var. Buranın sakinləri hər il may ayının 9-u qəbiristanlığa gələrək dünyadan köçənlərini ziyarət edir, Quran oxutdurur, burada təmizlik işləri aparırlar. Məhz bu günü qəbiristanlığa getmək üçün Azərbaycanın hər yerində yaşayan qərvəndlilər axışıb kəndə gəlir, ölülərini ziyarət edirlər. Adətə gəlincə isə sakinlər bunun tarixinin o qədər də qədim olmadığını bildirirlər. Onların sözlərinə görə, sovet dövründə kənddə pambıqçılıq kolxozu olub. Kənd sakinləri gün ərzində kolxoz tarlalarında işlədiklərindən yaxınlarının ziyarətinə gedə bilmirmişlər. Yalnız mayın 9-da Qələbə bayramı ilə əlaqədar olaraq işçiləri günortaya kimi yaxınlarının qəbirlərini ziyarət etməyə buraxırmışlar. Ondan sonra bir adət halını alan bu proses sovet hökuməti dağıldıqdan sonra da öz mövcudluğunu saxlayıb. Hətta dünyanın digər ölkələrində yaşayan qərvəndlilər də mayın 9-u yaxınlarını ziyarət etmək üçün kəndə gəlirlər.  \ sputnik.az\



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə