Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu bizi niyə narahat eləməlidir ki…“ – SOCAR təmsilçisi
“Bu bizi niyə narahat eləməlidir ki…“ – SOCAR təmsilçisi
11 May 2017 / 9:39 / Baxış sayı: 270
Font1 Font2 Font3 Font4

SOCAR rəsmisi: “Kiminsə dövlət rəhbərliyinə müraciət etməsi bizi niyə narahat etməlidir ki?”

“Neft Daşlar” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) işçilərin dərəcələrinin aşağı salınması narazılıqlarla qarşılanıb. Bu proses zamanı maaşların aşağı salınmasını düşünən neftçilər narazılıq edir və onlar artıq ölkə rəhbərliyinə müraciət ediblər. 

Baş verənlər təbii ki, SOCAR-ın imicinə mənfi təsir göstərir. Bütün dünyada şirkətlər inkişaf etdikcə işçilərinin maaşlarını artırır, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması yönündə müəyyən addımlar atılır. Bizdə isə bunun əksi baş verir, maaşlar artırılmaq əvəzinə azaldılar.

Yaranmış problemlərə SOCAR-ın PR şöbəsindən İbrahim Əhmədovla söhbətdə aydınlıq gətirdik.

– “Neft Daşları” NQÇİ-də işçilərin maaşlarının azaldılması ilə bağlı xəbərər yayılıb. Bəzi işçilərin maaş dərəcəsinin 12-dən 11-ə salındığı bildirilir. Bunun səbəbi nədir? 

– Açıqlamamızda izah etmişdik ki, bu təkcə dərəcənin aşağı salınması demək deyil. Ola bilər ki, bəzi işçilərin maaş dərəcəsi aşağı salınar, bəzilərininki yuxarı qaldırılar, bəziləri də olduğu kimi qalar. Bu onların vəzifələrinin tənzimləməsi prosesi ilə bağlıdır. İndiyədək tam dünya standartlarına uyğun tənzimlənməmişdi. İndi isə hər bir iş, hər bir vəzifə onun mürəkkəbliyinə, ona tələb olunan klavikasiyalara, icra olunması üçün tələb olunan səriştəliliyinə görə müvafiq dərəcədə təsnifləşdirilir. Bu gələcəkdə bizim üçün yeni kadrları müəyyənləşdirmək baxımından əsas vasitədir. Onların faktiki gördüyü iş vəzifə bölgüsünə uyğun gəlmirdi. Bu səbəbdən uyğunsuzluq yaranırdı.

– Belə çıxır ki, indiyədək dərəcələrin verilməsində qanunsuzluqlar olub?

– Yox, qanunsuzluq olmayıb. İndiyədək bu məsələ daxili standartlarla tənzimlənib. İndi isə daxili standartlar inkişaf elətdirilir. Bu proses Azərbaycanda inkişaf mərhələsindədir və biz dünya standartlarına uyğunlaşdırıq. Yeni vəzifələr yaranır, zaman keçdikcə işin mahiyyəti dəyişə bilər. Buna görə də onun vəzifə standartının təsviri uyğunlaşdırılmalıdır. Bu zaman ola bilər adamın dərəcəsi ilə gördüyü işin mahiyyəti ilə üst-üstə düşməz. Amma SOCAR-ın öz işçilərinin maaşlarını azaltmaq niyyəti yoxdur. Buna görə də SOCAR rəhbərliyi rəhbərliyi qərar verib ki, işçilərin təcrübələri nəzərə alınaraq dərəcə tariflərində yaranmış fərq konpensasiya edilsin. Belə deyəkə, dərəcəsi düşən işçinin maaı azalmalıdısa, bu baş verməyəcək. Onlar heç nə uduzmayacaq. Əvvəlki məbləğdə maaş alacaq. Bu isə işçinin peşəkarlığına və təcrübəsinə görə ediləcək. Bütün bu addımlar şirkətin davamlı inkişafını təmin etmək üçün daha uyğun kadrların yetişdirilməsi mənsədi ilə edilir.

 

– 12-ci dərəcənin tarif maaşı 765, 11-ci dərəcənin tarif maaşı 668 manatdır. Belə çıxır ki, dərəcəsi endirilən işçilər əvvəlki qədər maaş alacaq?

– Bəli, həmin əlavə sayəsindəki aradakı fərq konpensasiya olunacaq. Sadəcə həmin fərq əlavə şəkilində veriləcək. Həmin əlavə də əmək haqqı ilə eyni statusa bərabərdir. Yəni maaşa verilən zəmanət əlavəyə də veriləcək.

 

– Bu əlavə paket şəklində veriləcək?

– Yox, paket deyil. Rəsmi maaşdır. Sadəcə olaraq, dərəcəyə görə yaranan fərq təcrübəyə və digər amillərə görə veriləcək. Hamısı rəsmi maaş olacaq.

 

– Artıq belə məlumat yayılıb ki, həmin işçilər Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Bu SOCAR-ı narahat etmir ki?

– SOCAR dövlət şirkətidir və rəhbərliyi dövlətin rəhbərliyidir. Əgər kimsə dövlətimizin rəhbərliyinə müraciət edirsə, bu bizi niyə narahat etməlidir ki? Bizi işçilərimizin bəzilərində anlaşılmazlığın yaranması narahat edə bilər. Bunu da onlarla əlaqə yaradaraq aradan qaldırmağa çalışırıq. Bu yöndə işlər görülür, məsələnin mahiyyəti onlara başa salınır, heç kimin maaşının azaldılmayacağı nəzərlərinə çatdırılır.

– Yayılan məlumatlarda bir məqam da var ki, ancaq fəhlələrin dərəcələri azaldılır. Adında “rəis” sözü olan heç kimin dərəcəsi azaldılmayıb?

– Bizdə belə bir məlumat yoxdur ki, ancaq fəhlələrin dərəcəsi azaldılsın. Digər kateqoriyalara aid işçilərin də vəzifələrində dəyişiklik ola bilər. Heç bir ayrı-seçkiliyə yol verilmir. Ola bilər ki, bunlar məlumatsızlıqdan irəli gəlir. Bu hələlik pilot layihədir. Gələcəkdə bütün şirkətə şamil olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə