Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrəvanda Azərbaycan almasına görə həbslər başladı – RƏSMİ
İrəvanda Azərbaycan almasına görə həbslər başladı – RƏSMİ
11 May 2017 / 10:51 / Baxış sayı: 146
Font1 Font2 Font3 Font4

Ermənistanda Azərbaycan almaları ətrafındakı qalmaqal davam edir. İstipress-in “newsarmenia” saytına istinadən verdiyi məlumata görə, artıq 4 nəfər həbs edilib.

Ermənistan Baş prokurorluğu və Xüsusi istintaq xidmətinin yaydığı məlumatda bildirilir ki, bəzi kənd təsərrufatı məhsullarını, eyni zamanda Gürcüstandan Azərbaycan almalarını ölkəyə gətirən Ermənistan vətəndaşları həbs edilib.

Məlum olub ki, İrəvan sakinləri A.F və A.E Tavuş vilayətinin sakinləri A.X və Q.T ilə birlikdə hərəkət ediblər. Maraqlıdır ki, saxlanılanların adları açıqlanmır. Onlar Baqrataşen gömrük nəzarət-keçid məntəqəsənin əməkdaşlarının səhlənkarlığı nəticəsində Azərbaycan məhsullarını gömrük nəzarətindən keçirməyərək ölkəyə gətiriblər.

İstintaq zamanı müəyyən edilib ki, Baqrataşen məntəqəsinin gömrükçüləri 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayına qədər müəyyən məhsulların qeyri-qanuni şəkildə Ermənistana keçirilməsinə icazə veriblər. İstintaq davam edir.

Əslində isə Ermənistan Azərbaycan almalarına qadağa qoya bilməz. Bunu Ermənistan istehlakçılarının məsləhətləşmələr mərkəzinin rəhbəri, Kənd təsərrüfatı alyansının üzvü Karen Çilinqaryan deyib.

“Ermənistan Azərbaycan və ya Türkiyə məhsullarının idxalına qadağa qoya bilməz. “Ermənistan Ümumdünya ticarət təşkilatının üzvüdür. Buna görə də İrəvanın hansısa ölkənin məhsullarına qadağa qoymağa ixtiyarı yoxdur. Əgər həmin məhsullarda sanitar normalar pozulubsa, bunu edə bilər. Əks halda Ermənistan pis vəziyyətdə qalacaq”, – deyə K.Çilinqaryan bildirib.

İrəvanda satılan Azərbaycan almaları

Ermənistan KİV-in məlumatına görə, Azərbaycan məhsulları uzun müddətdir satılırımış. Sual olunur ki, niyə indi məsələ bu qədər gündəmdə saxlanılır. Yaxşı ki, Ermənistanda ölüm hökmü yoxdur…

Burada maraqlı məqam isə bundan ibarətdir ki, İrəvan sakinləri Azərbaycan almalarını uzun müddətdir bazarlardan alır, amma heç bir yerə şikayət etmirdilər. Görünür, dadı xoşlarına gəlib.

İrəvan bazarlarından birində Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkətinin bağlarının məhsulu olan almaların satışı Ermənistanda “bomba effekti” yaradıb və bütün müvafiq dövlət strukturları, mətbuat Azərbaycan almalarının izinə düşüb.

Məlum olub ki, Azərbaycan almalarının Ermənistan bazarlarında satışı yeni deyilmiş və əslində “DAD” almaları İrəvanın əksər bazarlarında, supermarketlərində satılırmış.

Dövlət strukturları bu məsələyə isterik reaksiya veriblər və tələm-tələsik Azərbaycan almalarını hansı yolla ölkəyə daxil olduğunu araşdırmağa başlayıblar, habelə meyvəni bazarlardan yığışdırıb məhv etməyə çalışıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə