Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib – YENİLƏNİB
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib – YENİLƏNİB
11 May 2017 / 10:58 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artist Əjdər Həmidovun səhhəti normallaşıb.

 

Lent.az xəbər verir ki, 1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunan aktyor dünən evə buraxılıb. Əjdər Həmidov Lent.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə teatra qayıtmaq niyyətindədir: “İndi evdəyəm, səhhətim normallaşıb. 12 gün xəstəxanada müalicə olundum. Mənə hər cür diqqəti göstərdilər. Xüsusi ilə xəstəxananın nevrologiya şöbəsinin müdiri Lalə Tağızadəyə minnətdarlıq edirəm. Ora gedəndə təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Həm də tapşırıblar ki, özümü qoruyum. Amma teatrsız qala bilmirəm. Birisigün tamaşam var, istəyirəm səhnəyə çıxım”.

*****

10:16

Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, o, yüksək təzyiq diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, Ə.Həmidovun insult keçirmək təhlükəsi var və ona lazımi tibbi yardım göstərilib.

 

Qeyd edək ki, Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunda anadan olub və Akademik Milli Dram Teatrının aktyorudur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə