Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtovağzal Ramin Quluzadənin nəzarətinə keçdi
Avtovağzal Ramin Quluzadənin nəzarətinə keçdi
11 May 2017 / 11:02 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4
Bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib.
Bu barədə “APA-Economics”ə kompleksdəki mənbə bildirib.
“Bir müddət öncə kompleks ölkə başçısının İşlər İdarəsinin balansına verilmişdi. Bu gündən etibarən isə kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərəcək”, – deyə mənbə qeyd edib.
Faktı nazirlikdəki mənbə də təsdiqləyib: “Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb”.
Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə