Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp ukraynalı naziri ayaq üstə saxladı – FOTO
Tramp ukraynalı naziri ayaq üstə saxladı – FOTO
11 May 2017 / 11:14 / Baxış sayı: 254
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Görüşdə Klimkindən başqa, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy və ABŞ-ın vitse-prezidenti Maykl Pens iştirak edib. Bildirilir ki, görüşdə Vaşinqtonun Kiyevə sonrakı dəstəyi müzakirə olunub.

Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada isə deyilir ki, Donald Tramp Ukraynanın cənubi-şərqindəki münaqişənin həlli üzərində ukraynalı partnyorlarla işləyəcəklərini bildirib.

Maykl Pens isə Minsk razılaşmalarını Ukraynada sülhün əldə olunması üçün ən real üsul olaraq qaldığını bildirib. Vitse-prezident həmçinin Klimkini inandırıb ki, ABŞ Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. O, Donbasda münaqişənin həlli üzərində Vaşinqtonun Kiyevlə işləmək arzusunu təsdiqləyib.

Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə ABŞ-ın dövlət katibi Reks Tillerson, daha sonra Donald Trampla görüşüb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib ki, Reks Tillerson Ukrayna üzrə Minsk razılaşmalarının tam icrasına ehtiyacın olduğunu vurğulayb.

Həmçinin, Tilleson Rusiyaya qarşı sanksiyaların saxlanılacağını bildirib.

“Dövlət katibi Rusiyaya qarşı sanksiyalar Moskvanın hərəkətləri dəyişməyənə kimi qüvvədə qalacaq”, – Nauertin şərhində deyilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə