Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda yaşayan ailənin Qubada dəhşətli faciəsi
Bakıda yaşayan ailənin Qubada dəhşətli faciəsi
11 May 2017 / 11:38 / Baxış sayı: 376
Font1 Font2 Font3 Font4

Quba rayonu Bərqov kəndində 4 yaşlı uşağın meyiti tapılıb. Fuad Mustafayevin meyiti evlərinin yaxınlığında tapılıb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, azyaşlı axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb: “Uşağın ailəsi Bakıda yaşayır. Ancaq yay aylarında rayona gəlirlər. Uşaq axşam 19:30 radələrində evdən çıxıb, yarım saat sonra geri qayıtmadığını görən ailə onu axtarmağa başlayıb. Sonra bütün kənd uşağın axtarışına çıxıb. Qonşu kənddən bir nəfər təsadüfən evin yaxınlığında uşaq meyiti gördüyünü sakinlərdən birinə deyib. Sonra meyitin Fuad olduğunu öyrəniblər”.

Sakinlər deyir ki, uşağın üzərində zorakılıq əlaməti olmayıb, ancaq alnında əzilmə olub: “Evləri yoldan 10 metr məsafdədir. Ailə uşağı maşın vurduğunu ehtimal edir, meyit yoldan 20-30 metr kənarda tapılıb. İndi ekspertiza aparılır, səbəbi müəyyən ediləcək”.

Bzimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə