Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampdan Ermənistana SANKSİYA – Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ
Trampdan Ermənistana SANKSİYA – Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ
11 May 2017 / 11:59 / Baxış sayı: 372
Font1 Font2 Font3 Font4

ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb.

Publika.az xəbər verir ki, parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.

“Jamanak” qəzeti öz mənbələrinə istinadən yazır ki, sanksiyalar tətbiq ediləcək şəxslərin adı “qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi qadağan olunacaq.

“Ermənistan Prezident Administrasiyası ABŞ səfirliyindən kimlərin adının “qara siyahı”ya salındığı haqda dəqiq informasiya öyrənməyə çalışır. Lakin ABŞ bu şəxslərə qarşı təkcə sanksiyalar tətbiq etməklə kifayətlənməyəcək, həmçinin, onların qohumlarının da adını “qara siyahı”ya salacaq. İstisna deyil ki, ABŞ şirkətləri öz investisiyalarının bir hissəsini də Ermənistandan çıxaracaq”, – deyə mənbə qəzetə danışıb.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz aprelin 2-də keçirilən parlament seçkilərində rüşvət hadisələri, inzibati resursların tətbiqinin geniş yayılması və seçicilərə təzyiqlərlə bağlı dəqiq məlumatlar əldə etdiyini açıqlamışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə