Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Düşmən geri oturduğumuzu görsə…”
“Düşmən geri oturduğumuzu görsə…”
01 May 2013 / 22:27 / Baxış sayı: 124
Font1 Font2 Font3 Font4

Mayın 1-i Buşehrdə “Milli İran Körfəzi” toplantısında çıxış edən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst prezident seçkisindən danışıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Ramin Mehmanpərəst deyib ki, yaxın aylar ölkə üçün çox həssas aylar olacaq: “Bu gün İran İslam Respublikası çox həssas bir döngəyə gəlib çatıb. Əgər bu döngədən tam gücümüzlə keçə bilsək, İran xalqı böyük uğur qazanmış olacaq və bununla da növbəti nailiyyətlər üçün yol hamarlanacaq. Bu tarixi döngəni keçmək üçün qəhrəmanlıqlara ehtiyac var.

Qarşıdan prezident seçkisi gəlir. İran xalqı seçkiyə qatılmalı, öz gücünü göstərməlidir. Biz güclü olsaq, öz hüquqlarımızı əldə edə biləcəyik. Düşmən bizim zəif olduğumuzu, təzyiqlərə təslim olduğumuzu və geri oturduğumuzu görsə, əvvəlki təzyiqləri artıraraq yeni fitnələr yaratmağa başlayacaq”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə